Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Qlobal transformasiyalar fonunda Azərbaycanın prinsipial mövqeyi

Qlobal transformasiyalar fonunda Azərbaycanın prinsipial mövqeyi

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı il yanvarın 20-də Prezident cənab İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini, qlobal transformasiyaları və Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə tutduğu prinsipial mövqeni aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə cari siyasi proseslərə deyil, eyni zamanda gələcək beynəlxalq münasibətlər arxitekturasına dair mühüm strateji mesajlar ehtiva edir. Cənab Prezident müsahibəsində beynəlxalq hüquq normalarının artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq meyar kimi qəbul edilmədiyini xüsusi vurğuladı. Bu, son illər baş verən geosiyasi proseslərin obyektiv təhlilinə əsaslanan ciddi bir reallıqdır. Dövlət başçısının qeyd etdiyi kimi, müasir beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur və bu mərhələdə hadisələrin gedişini çox vaxt qanunun aliliyi deyil, güc qaydası müəyyən edir. Məhz bu mürəkkəb şəraitdə Azərbaycanın strateji xətti milli maraqlara əsaslanan nəticələrə nail olmaqdan ibarət olub. Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi ondan ibarətdir ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirib. Siyasi, diplomatik və hərbi müstəvidə atılan bütün addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə əsaslanıb. Bu yanaşma Azərbaycanın haqq işinin beynəlxalq legitimliyini təmin edən əsas amillərdən biridir. Cənab Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin rəhbərinin sülhə, dialoqa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrin beynəlxalq miqyasda tanınmasının bariz nümunəsidir. Dövlət başçısı bu mükafatı otuz ildən artıq davam edən qanlı münaqişələrdən sonra Cənubi Qafqazda sülhün qurulmasına yönəlmiş səylərə verilən yüksək qiymət kimi dəyərləndirdi. Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır regionda sülh şəraitinin mövcud olması tarixi əhəmiyyət daşıyır. Azərbaycan müstəqillik tarixində ilk dəfə real sülh mühitində yaşamağa başlayır. Prezidentin vurğuladığı kimi, bu, həm xüsusi bir hissdir, həm də böyük strateji fürsətdir. Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlığa keçidi region üçün keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Ermənistana gedən yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması, bu ölkənin əsas ehtiyac duyduğu neft məhsullarının ixracına başlanılması sülhün real iqtisadi və humanitar nəticələrini nümayiş etdirir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu vəziyyətdə bütün tərəflər qazanır və məqsəd uzunmüddətli deyil, əbədi sülhə nail olmaqdır. Prezident cənab İlham Əliyev ölkə daxilində potensial risklərin mövcud olmadığını qəti şəkildə bəyan etdi. Azərbaycan bu gün daxili sabitliyini tam təmin etmiş, güclü dövlət institutlarına malik ölkədir. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, bütün potensial risklər kənardan qaynaqlana bilər və buna görə də Azərbaycan daim öz sərhədləri boyunca sabitliyin qorunmasına xüsusi önəm verir. Regionda, xüsusilə qonşu ölkələrdə baş verən qeyri-sabitlik halları fonunda sülh, proqnozlaşdırıla bilənlik və təhlükəsizlik ən böyük sərvət kimi qiymətləndirilir. Müharibənin acı nəticələrini yaşamış, minlərlə şəhid vermiş Azərbaycan üçün sülh və sabitlik istənilən inkişafın yeganə doğru yoludur. Cənqb Prezident Azərbaycanın Cənubi Qafqazda enerji ehtiyatlarına malik və neft-qaz ixrac edən yeganə ölkə olduğunu xüsusi qeyd etdi. Bu gün regionun digər ölkələri – uzun illər Gürcüstan, hazırda isə Ermənistan enerji ehtiyaclarını məhz Azərbaycandan təmin edir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı davamlı şəkildə genişlənir. Hazırda 16 ölkəyə təbii qaz ixrac olunur ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Müasir nəqliyyat infrastrukturu, etibarlı boru kəməri şəbəkəsi və zəngin resurs bazası ölkəmizi qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevirir. Bununla yanaşı, Azərbaycanın enerji ixrac coğrafiyası genişlənir və yaxın vaxtlarda Suriyaya qaz ixracına başlanılması bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Lakin qiymət və sabitlik baxımından Avropa bazarı Azərbaycan üçün hələ də ən cəlbedici istiqamət olaraq qalır. Prezident cənab İlham Əliyev Avropa Parlamentinin uzun illərdir Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyə artıq reaksiya verilmədiyini açıq şəkildə bəyan etdi. Dövlət başçısının sözlərinə görə, bu mövqe Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən müəyyən lobbi qruplarının təsiri nəticəsində formalaşıb. Azərbaycan Avropa Komissiyası ilə praqmatik əməkdaşlığı davam etdirir və bunu kifayət hesab edir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin sülh və əməkdaşlıq mərhələsinə keçdiyi bir vaxtda, Avropa Parlamentinin köhnə ittihamlarla çıxış etməsi onun özünü ziddiyyətli vəziyyətə salır. 2025-ci ilin avqustunda Ağ Evdə sülh müqaviləsinin paraflanması fonunda bu mövqenin daha da əsassız olduğu aydın görünür. Cənab Prezidentin Davosdan verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan yeni dünya nizamında öz yolunu dəqiq müəyyənləşdirib. Güclü dövlət, müstəqil siyasət, regional sülh təşəbbüsləri və qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji kurs Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Bu müsahibə Azərbaycanın təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş və prinsipial aktor olduğunu təsdiqləyir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri