Icma.az bildirir, Azpost saytına əsaslanaraq. Azərbaycan arxeologiya və etnoqrafiya elminin görkəmli simalarından biri – tarix elmləri namiz
AzPost bildirir ki, o, ilk elmi axtarışlarına doğma Gəncədə başlayıb.
Böyük mütəfəkkir və şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar aparılan qazıntılara rəhbərlik edən Cəfərzadə şairin məzarının açılması və dəfn işlərinə başçılıq edib.
Bu qazıntılar nəticəsində qədim Gəncənin yeri dəqiq müəyyənləşdirilib, qala divarları, yaşayış məhəllələri, sənətkarların emalatxanaları və saysız-hesabsız maddi mədəniyyət nümunələri aşkar olunub.
Alimin ən böyük xidmətlərindən biri də Qobustan abidələrinin dünyaya tanıdılmasıdır.
1947-ci ildən başlayaraq tam 20 il ərzində o, bu ərazidə arxeoloji tədqiqatlar aparıb.
Qobustanda 730 daş üzərində 5300-dən artıq təsviri qeydə alan alimə həyat yoldaşı, istedadlı rəssam Səfiyyə xanım kömək edib.
O, bütün təsvirləri bir-bir kağıza köçürüb. Bu, həm çətin, həm də olduqca məsuliyyətli bir iş idi və Səfiyyə xanımın zəhməti danılmazdır.