Qocalar da himayədar ailəyə verilə bilərmi... | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyanın bir çox ölkələrində himayədar ailə modelinə ahıl şəxslərin də daxil edilməsinə başlanılıb.
Belə ki, bəzi ölkələrdə ahıl şəxslər ailələrə verilib. Bu layihənin ölkəmizdə də həyata keçirilməsi mümkündürmü?
Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu, dünyada yeni institutlaşmadır: “Azərbaycan hökumətinin De-İnstitutlaşma proqramı var.
Bu proqram 2006-2015-ci illəri əhatə edən məsələ idi. Bu layihə indi də davamlı şəkildə alternativ layihələrlə dəstəklənir.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uşaq hüquqıarı ilə bağlı beynəlxalq konvensiyaya da qoşulub.
Konvensiyada birmənalı şəkildə qeyd olunur ki, uşaqlar üçün ən yaxşı mühit ailə mühitidir.
Dövlət uşaq müəssisələrində yüksək təminatlar olsa da, bu ailədə verilən mənəvi dəstəyi əvəz edə bilməz.
Tam oxu
Xəbəri oxu