Icma.az
close
up
RU
Qocalar da himayədar ailəyə verilə bilərmi...

Qocalar da himayədar ailəyə verilə bilərmi...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın bir çox ölkələrində himayədar ailə modelinə ahıl şəxslərin də daxil edilməsinə başlanılıb. Belə ki, bəzi ölkələrdə ahıl şəxslər ailələrə verilib. Bu layihənin ölkəmizdə də həyata keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu, dünyada yeni institutlaşmadır:

“Azərbaycan hökumətinin De-İnstitutlaşma proqramı var. Bu proqram 2006-2015-ci illəri əhatə edən məsələ idi. Bu layihə indi də davamlı şəkildə alternativ layihələrlə dəstəklənir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uşaq hüquqıarı ilə bağlı beynəlxalq konvensiyaya da qoşulub. Konvensiyada birmənalı şəkildə qeyd olunur ki, uşaqlar üçün ən yaxşı mühit ailə mühitidir. Dövlət uşaq müəssisələrində yüksək təminatlar olsa da, bu ailədə verilən mənəvi dəstəyi əvəz edə bilməz. Bu baxımdan Azərbaycanda övladlığa uşaq götürmə institutlaşması var”.

Onun sözlərinə görə, himayədar ailə layihəsinin ahıllara tətbiqi ilə bağlı məsələ tamamilə yenidir:

“Azərbaycanda və dünyada bununla bağlı institutsional səviyyədə təcrübə yoxdur. Azərbaycanda ahıl şəxslərə övladları yoxdursa, yaxınları yoxdursa, hər zaman el-oba köməkliyi olur. Ancaq bunu institutsional hala gətirib himayədar ailə şəklinə salmaq bizim üçün çətin olar. Azərbaycanda ən güclü arxetiplərdən biri “ağsaqqal”, “ağbirçək” arxetipidir. Belə arxetip olan cəmiyyətdə bu təcrübənin tətbiqi asan baş verə bilməz. Bəlkə də bu paytaxtda və böyük şəhərlərdə müəyyən qədər mümkün ola bilər. Amma regionlarda belə bir modelin yaradılması mümkün deyil. Çünki bu arxetip daha da güclüdür. Amma şəhər mühitində də buna gedilməsi tərəddüdlüdür. Bizim cəmiyyət ənənəvi olduğu üçün belə məsələlərə ictimai qınaq çox sərtdir. Mən bunda fayda da görürəm. Ahıllara, yaşlılara övladları diqqət, həssasiyyət göstərməlidir. Himayədar ailə institutunu ahıllara da tətbiq etmək həm də dövlət üçün əlavə maliyyə yükü deməkdir. Himayədar ailədə himayəçi şəxsə dövlət tərəfindənd də dəstək olunur. Əgər ahıl şəxslərin övladları, qayğılarına qalacaq yaxınları yoxdursa, xeyirxah bir addım kimi imkanlı insanlar belə bir addım ata bilər. Məsələn imkanlı şəxs kimsəsiz bir ahılı götürüb öz himayəsinə götürə, təminatını qarşılaya bilər. Bu xeyirxah əməl kimi edilə bilər, ancaq bunu institutsional hala gətirmək həm cəmiyyətin arxetiplərinə uyğun gəlmir, həm də dövlət üçün əlavə maliyyə yükü deməkdir”.

Sosioloq qeyd edib ki, Azərbaycanda kifayət qədər zəngin, təminatlı insanlar var, onlar bu sahədə örnəklər göstərə bilərlər:

“Onlar kimsəsiz ahılları öz himayələri altına ala, dəstək göstərə, qayğılarına qala bilər. Bunlar yalnız dövlətin deyil, həm də imkanlı şəxslərin işidir. Ancaq bu formal himayədarlıqn institutu kimi deyil, şəxsi təşəbbüs kimi bu addımı ata bilərlər. Bu çox örnək addım olar, amma bu addımların himayədar ailə institutu kimi edilməsi məncə düzgün deyil. Belə bir institutun yaradılması pis bir ənənənin təməlini qoya bilər. Ahıllar üçün belə bir institut formalaşdırılarsa, bu əslində bəzi məsuliyyətsiz övladları, “varis”ləri öv valideynini belə bir institutun üzərinə yönəldə və övlad məsuliyyətindən kənarda qala bilər. Mən təklif edərdim ki, himayədarlıq layihəsini ahıllara tətbiq etmək kimi yox, sadəcə olaraq şəxsi təşəbbüs kimi edilsin. Bununla bağlı sosial sahibkarlığın bir istiqaməti kimi özəl ahıllar evi yaradıla bilər. Özəl ahıllar evi ölkəmizdə yoxdur. Yaradılacaq özəl ahıllar evinə vergi güzəştləri və digər güzəştlər tanına bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri