Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xidməti vəzifələrini yerinə yetirərkən həyatlarını təhlükəyə ataraq yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərmiş pilotlarımız İqor Kşnyakin və Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyeva ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etdilər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər.
Bir daha həlak olmuş ekipaj üzvlərinə və sərnişinlərə Uca Allahdan rəhmət, doğmalarına və xalqımıza səbr diləyirəm.
Yaralılara tezliklə şəfa tapmalarını arzu edirəm. Prezident İlham Əliyev elə həmin gün hava limanında Azərbaycan Televiziyasına müsahibə ver
Müsahibə bu gün də beynəlxalq medianın və dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Dövlətimizin başçısı açıq mətnlə bildirdi ki, qəzanın guya quş dəstəsi ilə toqquşması və göyərtədə hansısa balonun partlaması nəticəsində baş verdiyini uyduranların yeganə məqsədi faciənin əsl səbəbini gizlətmək və ört-basdır etməklə bağlı olub.
Çünki təyyarəmiz Qroznı üzərində yerdən açılan atəş nəticəsində zədələnib.
Prezident bunu gizlətməyə çalışan dairələrə sərt mesajını da verdi: “Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik...