Icma.az
close
up
RU
Qonşularımız üçün ən çətin vaxtlarda Azərbaycan özünü dostcasına aparıb

Qonşularımız üçün ən çətin vaxtlarda Azərbaycan özünü dostcasına aparıb

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xidməti vəzifələrini yerinə yetirərkən həyatlarını təhlükəyə ataraq yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərmiş pilotlarımız İqor Kşnyakin və Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyeva ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etdilər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər. Bir daha həlak olmuş ekipaj üzvlərinə və sərnişinlərə Uca Allahdan rəhmət, doğmalarına və xalqımıza səbr diləyirəm. Yaralılara tezliklə şəfa tapmalarını arzu edirəm.

Prezident İlham Əliyev elə həmin gün hava limanında Azərbaycan Televiziyasına müsahibə verdi. Müsahibə bu gün də beynəlxalq medianın və dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Dövlətimizin başçısı açıq mətnlə bildirdi ki, qəzanın guya quş dəstəsi ilə toqquşması və göyərtədə hansısa balonun partlaması nəticəsində baş verdiyini uyduranların yeganə məqsədi faciənin əsl səbəbini gizlətmək və ört-basdır etməklə bağlı olub. Çünki təyyarəmiz Qroznı üzərində yerdən açılan atəş nəticəsində zədələnib. Prezident bunu gizlətməyə çalışan dairələrə sərt mesajını da verdi:

“Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik... Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.

Nüfuzlu media resurslarının və aparıcı beyin mərkəzlərinin diqqətini cəlb edən həssas məqamlardan biri də onunla bağlıdır ki, Azərbaycan Prezidenti bu müsahibəni Rusiya dövlət başçısının rəsmi şəkildə etdiyi üzrxahlığından bir gün sonra verdi. Rusiya tərəfinin dekabrın 28-də yaydığı rəsmi mətndə bildirilirdi ki, Prezident Vladimir Putin Azərbaycan Prezidentinə telefon zəngi zamanı “faciəli insidentin Rusiya hava məkanında baş verdiyinə görə üzrxahlıq edib”. Çox güman ki, şimal qonşumuzun bəzi rəsmi məqamları və təbliğat ruporları tərəfindən Azərbaycan Prezidentinin hələ dekabrın 25-də verdiyi diplomatik mesaj tam ölçüdə dəyərləndirilməmişdi.

Prezident İlham Əliyev həmin gün MDB Dövlət Başçılarının Zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa yola düşmüşdü. Hadisə ilə bağlı məlumat cənab Prezidentə Rusiyanın hava məkanında olarkən verilmişdi. Dövlətimizin başçısı dərhal səfərini ləğv edərək Vətənə dönmüşdü. Bununla da ev sahibi ölkənin rəsmi məqamlarına faktiki olaraq çatdırmışdı ki, onun üçün öz vətəndaşlarının taleyi, insan amili və dövlət maraqlarımız bütün siyasi dividendlərin önündə dayanır. Rusiya tərəfinin rəsmi şəkildə yaydığı üzrxahlıq mətninə gəldikdə isə, Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi növbəti fikir həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə cəlb etdi. Prezident müsahibədə açıq şəkildə bildirdi ki, edilən üzrxahlıq bir fakt kimi nəzərə alınır, amma Rusiya tərəfi günahını da etiraf etməlidir. Eyni zamanda, günahkarları cəzalandırmalı və onları cinayət məsuliyyətinə almalıdır, Azərbaycan dövlətinə və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, “bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanan” gözləntilərdir.

Təhlil və yanaşmalarımızda olduqca həssas olan bir məqamı da diqqətdən qaçırmamalıyıq. Rusiyanın istər tarixi, istərsə də müasir dövlətçilik təcrübəsi göstərir ki, ali səviyyədə üzrxahlıq edilməsi şimal qonşumuzun rəsmi məqamları, yerli ictimaiyyəti və təbliğat maşını üçün istisna və yenilikdir. Heç şübhəsiz ki, bu istisnanın təməl səbəbi Azərbaycan Prezidentinin tərəddüd etmədən ortaya qoyduğu siyasi qətiyyətlə bağlıdır. Düşünürəm ki, Rusiyanın əsas dairələri Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi bu həqiqəti də görməzdən gələ bilməzdilər: “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”.

Şübhə etmirəm ki, Rusiyada bu gerçəkliyin miqyasını adekvat səviyyədə dəyərləndirən rəsmilər kifayət qədərdir. Məhz buna görə Azərbaycan cəmiyyəti ümid edir ki, onlar cəfəng versiyalarla hadisənin əsl səbəbini ört-basdır etməyə çalışan dairələri başa sala biləcəklər ki, bu, vicdansızlıqdır və xüsusilə dost ölkəyə münasibətdə yolverilməzdir. Yəqin ki, Prezident İlham Əliyevin Rusiya kanallarına müsahibəsində səsləndirdiyi növbəti həqiqət də həmin dairələrin diqqətindən bundan sonra yayınmayacaq: “İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram”.

 31 Dekabr Dünya Azərbaycanlıları üçün iradə birliyimizin və Yeni ildə növbəti uğurlarımıza ümid və inam rəmzidir. Faciə və sınaqlara sinə gəlməyin yolu əldə etdiyimiz tarixi birliyimizi qoruyub, onu daha da möhkəmləndirməkdən keçir. Fürsətdən istifadə edərək, Həmrəylik Günü və Yeni İl münasibətilə Dünya Azərbaycanlılarını səmimi qəlbdən təbrik edirəm. Uca Allah Xalqımızı və Dövlətimizi, qardaş və dost ölkələri, böyük Türk Dünyasını qorusun! Təqvimdə Zəfər və Bayram Günlərimizin sayı hər il daha da artsın!

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri