Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
20 Yanvar Azərbaycan tarixində ən faciəli, eyni zamanda, ləyaqətli və məğrur səhifələrdən biridir.
Sovet ordusu tərəfindən 36 il əvvəl Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb və 4 nəfər itkin düşüb.
Həmin gecə çox sayda vətəndaşımız öldürülməsinə baxmayaraq, bu, xalqımızın mübarizə əzmini qıra bilmədi.
Onlar Sovet rejiminə, xalqımıza qarşı törədilən qırğınlara qarşı öz səsini daha da ucaldaraq mövcud vəziyyəti qəbul etmirdilər.
Artıq Azərbaycan vətəndaşları Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir, partiya biletlərini yanıdırırdılar.
Həmin dövrdə Sovet rejiminə etiraz edənlərdən biri, törədilən qırğınların səbəbkarı Mixail Qorbaçova ölüm hökmü çıxaran xalq hakimi olmuş Tahir Kərimli fikirlərini "Cebheinfo.az"-la bölüşüb.
Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli bildirib ki, 1990-cı ildə yanvarın 19-da texniki imkanlar, o cümlədən, mobil telefonlar yox idi və mümkün olan vasitələrlə, hətta bəzi radiolarla çağırışlar oldu: "Bildirilirdi ki, Bakının köməyinə gəlin, Sovet qoşunları daxil olur, buna qarşı xalqın müqavimətini təşkil etmək lazımdır.