Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sivil və hərbi radar stansiyaları güclü elektromaqnit siqnalları yayır və bu siqnallar Yer xaricindəki mümkün ağıllı canlılara mesaj ötürə bilər.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İngiltərənin Durham şəhərində keçirilən Kral Astronomiya Cəmiyyətinin Milli Astronomiya Konfransında təqdim olunan bir məqalədə, dünyadakı böyük hava limanlarında hava hərəkətini idarə etmək üçün istifadə olunan radar sistemlərinin, əslində, kosmosdakı potensial ağıllı sivilizasiyalara Yer kürəsinin mövcudluğunu elan edə biləcəyi iddia edilib.
Mançester Universitetindən tədqiqatçılara görə, sivil və hərbi radar stansiyaları güclü elektromaqnit siqnalları yayımlayır və bu siqnallar, yerə bənzər radio teleskoplara sahib olan yadplanetli müşahidəçilər tərəfindən 200 işıq ili uzaqlıqdan belə aşkar edilə bilər.
Zəka sahibi sivilizasiyalar Məqalənin əsas müəllifi, Mançester Universitetinin doktorantı Ramiro Caisse Saide deyib ki, araşdırmalar göstərir ki, inkişaf etmiş texnologiyaya və mürəkkəb aviasiya sisteminə sahib olan istənilən planet, fərqində olmadan radar siqnalları yayaraq ağıllı həyatın universal əlamətini ötürə bilər.
Alimlər Nyu-York JFK, Londan Hiltrou və Gatwick hava limanlarından yayılan sivil və hərbi radar siqnallarının kosmosda necə hərəkət etdiyini simulyasiya ediblər.
Daha sonra bu siqnalların altı yaxın ulduz sistemindən necə görünə biləcəyini hesablayıblar: Barnard ulduzu (6 işıq ili) AU Microscopii (32 işıq ili) HD 48948 (55 işıq ili) HD 40307 (42 işıq ili) HD 216520 (64 işıq ili) LHS 475 (41 işıq ili) Radar siqnalları yadplanetlilər üçün görünür ola bilər Araşdırmaya əsasən, dünyadakı hava limanı radarları ildə 2×10¹⁵ vatt həcmində radio siqnalları yayır.
Bu miqdar, ABŞ-ın Qrin Bank Teleskopu kimi güclü teleskoplarla ulduzlararası məsafədən aşkar ediləcək qədər güclüdür.