Icma.az
close
up
RU
Qorxulu iddia: Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir

Qorxulu iddia: Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sivil və hərbi radar stansiyaları güclü elektromaqnit siqnalları yayır və bu siqnallar Yer xaricindəki mümkün ağıllı canlılara mesaj ötürə bilər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İngiltərənin Durham şəhərində keçirilən Kral Astronomiya Cəmiyyətinin Milli Astronomiya Konfransında təqdim olunan bir məqalədə, dünyadakı böyük hava limanlarında hava hərəkətini idarə etmək üçün istifadə olunan radar sistemlərinin, əslində, kosmosdakı potensial ağıllı sivilizasiyalara Yer kürəsinin mövcudluğunu elan edə biləcəyi iddia edilib. Mançester Universitetindən tədqiqatçılara görə, sivil və hərbi radar stansiyaları güclü elektromaqnit siqnalları yayımlayır və bu siqnallar, yerə bənzər radio teleskoplara sahib olan yadplanetli müşahidəçilər tərəfindən 200 işıq ili uzaqlıqdan belə aşkar edilə bilər.

Zəka sahibi sivilizasiyalar

Məqalənin əsas müəllifi, Mançester Universitetinin doktorantı Ramiro Caisse Saide deyib ki, araşdırmalar göstərir ki, inkişaf etmiş texnologiyaya və mürəkkəb aviasiya sisteminə sahib olan istənilən planet, fərqində olmadan radar siqnalları yayaraq ağıllı həyatın universal əlamətini ötürə bilər. Alimlər Nyu-York JFK, Londan Hiltrou və Gatwick hava limanlarından yayılan sivil və hərbi radar siqnallarının kosmosda necə hərəkət etdiyini simulyasiya ediblər.

Daha sonra bu siqnalların altı yaxın ulduz sistemindən necə görünə biləcəyini hesablayıblar:

Barnard ulduzu (6 işıq ili)

AU Microscopii (32 işıq ili)

HD 48948 (55 işıq ili)

HD 40307 (42 işıq ili)

HD 216520 (64 işıq ili)

LHS 475 (41 işıq ili)

Radar siqnalları yadplanetlilər üçün görünür ola bilər

Araşdırmaya əsasən, dünyadakı hava limanı radarları ildə 2×10¹⁵ vatt həcmində radio siqnalları yayır. Bu miqdar, ABŞ-ın Qrin Bank Teleskopu kimi güclü teleskoplarla ulduzlararası məsafədən aşkar ediləcək qədər güclüdür.

Hərbi radarlar isə dəniz fənərinin işığı kimi göy üzündə əks edir və saniyələr ərzində güclü radiasiya impulsları yaradır. Saide qeyd edib ki, bu hərbi siqnallar müəyyən nöqtələrdən baxıldığında yüz dəfə daha güclü görünə bilər. O əlavə edib:

"Güclü radio teleskoplara sahib olan hər hansı müşahidəçi üçün bu siqnallar ulduzlararası məsafədən baxıldıqda açıq şəkildə süni mənşəli görünəcək.”

Texnoloji izlərin axtarışı

Son illərdə alimlər uzaq ulduz sistemlərində ağıllı həyat axtarışını "texnoloji izlər”ə yönəldiblər. Bu izlər, bir planetdə keçmişdə və ya hazırda inkişaf etmiş texnologiyanın mövcudluğuna dair elmi sübutlar təqdim edir. Əslində bu izləri tapmaq, mikroblar kimi bioloji həyat izlərini tapmaqdan daha asan hesab olunur. 2024-cü ilin oktyabrında tədqiqatçılar Kaliforniyada yerləşən Allen Teleskop Kompleksi ilə Günəş Sisteminin "əkizi” kimi tanınan və 41 işıq ili uzaqda yerləşən "TRAPPIST-1" sistemində texnoloji izlər axtarıblar, lakin heç bir nəticə əldə edilməyib. "Forbes"ə görə, bu yeni araşdırma kosmosda həyat axtarışı yanaşmasına da yenidən baxılmasına səbəb ola bilər. İnsan mənşəli siqnalların uzaqdan necə göründüyünü başa düşmək, alimlərə digər ulduz sistemlərindən gələn oxşar siqnalları daha asan müəyyənləşdirməyə kömək edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 İyul 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri