Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bakıda Azərbaycan prezidenti ilə görüşdə Almaniya prezidenti Ştaynmayerin "balanslı siyasət" barədə dedikləri təəccüblü olduğu qədər təhlükəli bir reallığın etirafı kimi də diqqətimi çəkdi.
Alman prezident "Almaniya bu regiona, Azərbaycana və Ermənistana həmişə balanslı münasibət göstərməyə çalışıb" söylədi.
Bütün Qərb ölkələrinin 30 illik Qarabağ münaqişəsi və onun həlli dövründə heç vaxt açıq demək istəmədikləri, ancaq etdikləri mətləb məhz bu idi.
Onlar adını balans qoymaq istəmədikləri siyasətin pərdəsi altında münaqişəni daim uzatmağa, Ermənistanı birmənalı şəkildə dəstəkləməyə, onun işğallarına qanuni tanınma donu geyindirməyə çalışdılar.
Bu gün isə həmin siyasətin tam əksinə olan açıq və cəsarətli etirafı görürük." Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: "Əslində Ştaynmayerin bu etirafı məhz Qarabağ müharibəsini udmağımızın real yekunlarından biridir.
Qalib olmasaydıq, torpaqlar azad edilməsəydi, Ştaynmayer 20 dəfə də Azərbaycana gəlsəydi, bu etirafı etməzdi.