Icma.az
close
up
RU
Qorxuram sülh məsələsində Ştaynmayer də Merkel kimi?...

Qorxuram sülh məsələsində Ştaynmayer də Merkel kimi?...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bakıda Azərbaycan prezidenti ilə görüşdə Almaniya prezidenti Ştaynmayerin "balanslı siyasət" barədə dedikləri təəccüblü olduğu qədər təhlükəli bir reallığın etirafı kimi də diqqətimi çəkdi.

Alman prezident "Almaniya bu regiona, Azərbaycana və Ermənistana həmişə balanslı münasibət göstərməyə çalışıb" söylədi. Bütün Qərb ölkələrinin 30 illik Qarabağ münaqişəsi və onun həlli dövründə heç vaxt açıq demək istəmədikləri, ancaq etdikləri mətləb məhz bu idi. Onlar adını balans qoymaq istəmədikləri siyasətin pərdəsi altında münaqişəni daim uzatmağa, Ermənistanı birmənalı şəkildə dəstəkləməyə, onun işğallarına qanuni tanınma donu geyindirməyə çalışdılar. Bu gün isə həmin siyasətin tam əksinə olan açıq və cəsarətli etirafı görürük."

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Əslində Ştaynmayerin bu etirafı məhz Qarabağ müharibəsini udmağımızın real yekunlarından biridir. Qalib olmasaydıq, torpaqlar azad edilməsəydi, Ştaynmayer 20 dəfə də Azərbaycana gəlsəydi, bu etirafı etməzdi. O, bu etirafı ilə ölkəsinin sülh və barışıq qüvvəsi olduğunu nümayiş etdirməyə çalışdı. Ancaq nəticə tərsinə alınır. 30 il təcavüzkar siyasət aparmış bir ölkə ilə təcavüz qurbanı olmuş ölkənin arasında balansı necə yaratmaq olardı, cənab Ştaynmayer? Ağı qara ilə, mənfini müsbətlə birləşdirmək hətta ən istedadlı diplomatların belə həll edə bilmədiyi müşgüldür. 30 illik münaqişə dövründə Azərbaycanla Ermənistanın arasında balanslı mövqe tutmaq əslində münaqişəni daha da qızışdırmaq üsulu idi. Ştaynmayer kimi təcrübəli bir siyasətçinin bu böyüklükdə səhvə - etirafa niyə yol verdiyini təhlil etmək fikrim yoxdur. Özü bilər, ölkəsinin siyasi təhlilçiləri bilər. Ancaq münaqişənin davam etdiyi keçmiş dövrdə də, Ermənistanın sülh manipulyasiyası ilə məşqul olduğu hazırkı dövrdə də " balanslı siyasət " aparmaq böyük və bağışlanmaz qəbahətdir. Cənab Ştaynmayerin bu gün" bilirik ki, Qarabağ Azərbaycana məxsusdur" fikri indi yox, münaqişə illərində deyilsəydi, riyakar "balans siyasəti " kənara qoyulsaydı, minlərlə günahsız və günahlı insanın qanları tökülmədən Qarabağ problemi həll olunardı. Ancaq o zaman Ştaynmayerlər məhz münaqişənin həll olunmaması üçün " Qarabağ Azərbaycanındır" demədilər, qızışdırıcı balans siyasətinin kölgəsində bu regiona və xalqlara qarşı cinayətkar niyyətli planların dalınca düşdülər. Hazırda Ermənistanın sülh adı altında əslində antisülh fəaliyyəti apardığı hamıya məlumdur. Tərəflərdən birinin sülh, digərinin antisülh kursu apardığı şəraitdə cənab Ştaynmayerin "balanslı siyasəti" nin hansı səmərəsindən danışmaq olar? Münaqişə dövründə də, indi də Almaniyanın "balanslı siyasəti" ziyandan başqa heç bir təsirli rol oynamır.

Cənab Ştaynmayerin sülh - normallaşma prosesinin hələ uzun illər davam edəcəyi barədə fikirləri də məncə Ermənistanın revanşçı qüvvələrinin uzun illər yapışacağı məqam olacaq. Alman prezidentinin son 400 ildə Almaniya ilə Fransanın 23 dəfə müharibə aparması barədə xatırlatması o qədər də uğurlu alınmadı. Ümumiyyətlə, Azərbaycanla Ermənistanın müharibə - sülh prosesini Almaniya və Fransanın münasibətləri ilə müqayisə etmək doğru deyil. Təkcə bunu deyim ki, onların hər ikisi 2- ci dünya müharibəsinə qədər imperialist, işğalçı, müstəmləkəçi siyasət apardıqları üçün aralarındakı düşmənçilik hər ikisinin iştahı və günahı üzündən yaranmışdı. Hər ikisi türk qardaşlarımızın sözü ilə desək, " sümürgəçi" idilər, acgöz idilər. Bəs Azərbaycanla Ermənistanın düşmənçiliyinin kökündə dayanan mətləbdən cənab Ştaunmayerin belə xəbərsiz davranmasına nə ad qoyaq? Azərbaycan müstəmləkəçi deyil, işğalçı deyil, imperialist deyil və olmayıb. Bütün bunlar Ermənistanın bir dövlət və toplum olaraq "hobbusi" idir. Almaniya ilə Fransanın normal münasibətlərə qayıtması üçün illərə ehtiyac həqiqətən var idi. Ancaq Azərbaycan - Ermənistan normallaşmasının daha tez başa gəlməsi üçün çox sadə bir yol var- gərəksiz "balanslı siyasətdən" əl çəkərək Ermənistanın tarixi, siyasi və hüquqi haqsızlığını, ədalətsizliyini açıq söyləmək. Həm də bizim Azərbaycan olaraq istədiyimiz yalnız budur ki, Ermənistan sülh sazişini imzalasın və ərazi iddialarından həmişəlik təminatla əl çəksin. Vəssalam. Ermənistan dövləti və erməni xalqı öz daxilində, ürəklərində bizimlə barışarsa yaxşıdır, barışmazlarsa cəhənnəmə barışsınlar...

Cənab Ştaynmayerin "razılaşmaq üçün tarixi məqam yetişib, bu məqamı buraxmayın və inanıram ki, bu məqamdan istifadə edərək sülh sazişi imzalayacaqsınız" sözləri də diqqətimi çəkdi. Niyə?

Əvvəla, Almaniya kimi güclü bir dövlətin başçısı hələ bu gün də Azərbaycanla Ermənistanın arasında yersiz "balansdan" danışırsa, haqqında danışdığı məqamın sülhə çevrilməsi çətin ki baş tutsun.

İkinci, yadıma 2018 - ci ildə kansler Angela Merkelin Bakıya və Yerevana səfərləri zamanı dediyi sözlər düşür. Paşinyan Sarkisyanı təzəcə devirib hakimiyyətə gəlmişdi. Merkel Bakıda İlham Əliyevlə görüşdən sonra " inanıram ki, Ermənistanda demokratik dəyişikliklər Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yeni mərhələ açacaq" demişdi. Nooldu? Hər şey müharibə yolu ilə həll olunmaq zorunda buraxıldı. Merkel və onun kimi liderlərin günahı, iki standartlı, balanslı siyasətləri üzündən....

Qorxuram sülh məsələsində Ştaynmayer də Merkel kimi uğursuz olsun...."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri