Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Xarici dil bilikləri müasir dünyada yalnız akademik üstünlük deyil, eləcə də sosial, p
Buna baxmayaraq, bir çox hallarda məktəbi bitirən məzunların illərlə xarici dil təhsili almasına rəğmən, dili real ünsiyyət səviyyəsində ist
Belə ki, ənənəvi dil tədrisi modellərində qrammatika qaydalarının izahı və yazılı tapşırıqların icrası əsas yer tutur, halbuki dilin əsas fu
Danışıq və dinləmə bacarıqları isə çox zaman ikinci plana keçir.
Maraqlıdır, təhsil sistemində hansı addımlar atılmalı, habelə islahatlar aparılmalıdır ki, məktəb yaşlarından başlayaraq məzun olanadək şagirdlərdə səlis dil və kommunikasiya bacarıqları sistemli şəkildə formalaşdırılsın və inkişaf etdirilsin?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə öz təcrübəsindən çıxış edərək qeyd edib ki, hazırkı məktəb proqramında dil bacarıqlarının formalaşdırılması əsasən qrammatikaya yönəlib.
“Xarici dillər, xüsusilə də ingilis dili, daha çox qrammatika əsaslı şəkildə tədris olunur.
Bu da bir daha onu göstərir ki, şagirdlərin dil bacarıqlarının əsasən qrammatik biliklər üzərində qurulmasıyla bərabər, eyni zamanda digər vacib bacarıqlar - dinləmə, danışma, oxuma və oxuduğunu mətn üzərində analiz etmə kifayət qədər inkişaf etmir”.