Qrenlandiya Vaşinqtonun “təsir”inə keçir? | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ada Avropa Komandanlığının nəzarətindən çıxarıla bilər Donald Trampın Ağ Evə qayıdışı ilə gündəmə gələn “Qrenlandiya məsələsi” davam etməkdədir.
Qeyd edək ki, dünyanın ən böyük adası sayılan, istismar olunmayan enerji resursları ilə zəngin olan, ən əsası isə Arktika ilə Atlantik okean arasında logistik marşrut potensialına malik Qrenlandiya hər zaman ABŞ-ın regional və beynəlxalq təhlükəsizlik strategiyası üçün xüsusi əhəmiyyət kəsb edib.
İkinci Dünya müharibəsindən bu yana adada ABŞ-ın hərbi aviasiya və raket bazası fəaliyyət göstərir.
Ada bu günə qədər ABŞ-ın şimal təhlükəsizliyinin təminatında mühüm rol oynayıb - Tramp administrasiyası isə Qrenlandiyaya münasibətdə daha “fərqli” bir siyasət yürüdür.
Trampın məqsədi Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qrenlandiya ABŞ-ın Arktika strategiyasında önəmli prioritet hesab olunur.
“Pentaqon Qrenlandiyadakı hərbi bazasını Avropa məsuliyyət zonasından çıxarıb şimal məsuliyyət zonasına daxil etməyi planlaşdırır.
Əslinə baxanda ABŞ-ın bu addımı simvolik xarakter daşıyır. Qrenlandiya Vaşinqton üçün həm geostrateji, həm geosiyasi, həm də geoiqtisadi bax
Tam oxu
Xəbəri oxu