Icma.az
close
up
RU
Qrenlandiya Vaşinqtonun “təsir”inə keçir?

Qrenlandiya Vaşinqtonun “təsir”inə keçir?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ada Avropa Komandanlığının nəzarətindən çıxarıla bilər

Donald Trampın Ağ Evə qayıdışı ilə gündəmə gələn “Qrenlandiya məsələsi” davam etməkdədir. Qeyd edək ki, dünyanın ən böyük adası sayılan, istismar olunmayan enerji resursları ilə zəngin olan, ən əsası isə Arktika ilə Atlantik okean arasında logistik marşrut potensialına malik Qrenlandiya hər zaman ABŞ-ın regional və beynəlxalq təhlükəsizlik strategiyası üçün xüsusi əhəmiyyət kəsb edib. İkinci Dünya müharibəsindən bu yana adada ABŞ-ın hərbi aviasiya və raket bazası fəaliyyət göstərir. Ada bu günə qədər ABŞ-ın şimal təhlükəsizliyinin təminatında mühüm rol oynayıb - Tramp administrasiyası isə Qrenlandiyaya münasibətdə daha “fərqli” bir siyasət yürüdür.

Trampın məqsədi

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qrenlandiya ABŞ-ın Arktika strategiyasında önəmli prioritet hesab olunur. “Pentaqon Qrenlandiyadakı hərbi bazasını Avropa məsuliyyət zonasından çıxarıb şimal məsuliyyət zonasına daxil etməyi planlaşdırır. Əslinə baxanda ABŞ-ın bu addımı simvolik xarakter daşıyır. Qrenlandiya Vaşinqton üçün həm geostrateji, həm geosiyasi, həm də geoiqtisadi baxımından əhəmiyyətli region hesab olunur. Vaşinqton bu addımı ilə Qrenlandiyanın Avropanın deyil, Amerika qitəsinin bir parçası olduğunu mesajını verir. Tramp hələ birinci hakimiyyəti dövründə dəfələrlə çıxışlarında Qrenlandiyanın ABŞ-a ilhaq edilməsinin zəruriliyini vurğulamışdı. Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsində önəmli bölgə kimi qiymətləndirilir. Adada ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi prioritet olaraq seçilib. Bu səbəbdən Vaşinqton Qrenlandiya məsələsində qəti mövqe nümayiş etdirir. Sözsüz ki, Trampın bu siyasəti Avropadakı müttəfiqləri ilə ciddi narazılıq yarada bilər. Eyni zamanda onu da qeyd edim ki, Qrenlandiya Arktikada Rusiya və Çinin təsir imkanlarını məhdudlaşdırmaq üçün ABŞ-a çox lazımdır”. 

ABŞ Komandanlığınsa...

Hazırkı ABŞ rəhbərliyi Qrenlandiyada siyasi, iqtisadi və hərbi təsir imkanlarını artırmaq üçün müəyyən tədbirlər görmək niyyətinə düşüb.  Tramp bir müddət əvvəl NBC kanalına müsahibəsində Qrenlandiya ilə bağlı məsələyə aydınlıq gətirərkən adanı ABŞ-a ilhaq etmək üçün hərbi gücdən istifadə edə biləcəyini istisna etməmişdi. Ağ Evin rəhbəri bildirmişdi ki, Qrenlandiya ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır.

İndi isə ABŞ Müdafiə Nazirliyi - Pentaqon Qrenlandiyanı Silahlı Qüvvələrin Şimal Komandanlığının məsuliyyət zonasına daxil etməyi planlaşdırır. “Politico”nun məlumatına görə, Qrenlandiya bu həftə Avropa Komandanlığının nəzarətindən çıxarıla bilər. Nəşr qeyd edir ki, bu qərar Danimarkanın və NATO-dakı ABŞ müttəfiqlərinin narazılığına səbəb ola bilər. 

Hüquqi cəhətdən...

“Bu, hüquqi cəhətdən tam mümkündür. ABŞ-ın müdafiə qurumu olan Pentaqonda vahid planlaşdırma komandanlığı var. Bu komandanlıq altı coğrafi məsuliyyət zonasına baxır. İstər şimal, istər cənub, istərsə də qərb və şərq istiqamətində görülən bütün tədbirlərə bu komandanlıq öz münasibətini bildirir. Qrenlandiyanın Pentaqonun şimal məsuliyyət zonasına daxil edilməsi beynəlxalq hüququn normalarına zidd deyil,” - deyə S.Zahidov vurğulayıb.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri