Oxu.az saytına istinadən Icma.az xəbər verir. Qrenlandiyanın balıqçılıq, ovçuluq və kənd təsərrüfatı naziri Piter Borq ada əhalisini ən azı
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, o bu narahatedici çağırışla mətbuat konfransı zamanı çıxış edib.
"Bu gün biz gözlənilməz hallar üçün fəaliyyət planını təqdim edirik.
Fövqəladə vəziyyətlərə hazır olun: beş gün üçün ehtiyat yaradın", - deyə nazir vurğulayıb.
Borq həmçinin ada hakimiyyəti tərəfindən hazırlanmış "Böhranlara hazırıq - beş günə hazır olun" adlı broşürü də xatırladıb.
Sözügedən vəsaitdə ev təsərrüfatlarının mümkün böhran vəziyyətlərinə necə hazırlaşa biləcəyi ilə bağlı sadə və praktik tövsiyələr yer alır.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı "bir parça buz" adlandırmış və NATO-dan adanın Birləşmiş Ştatlara verilməsini xahiş etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.