Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Qrenlandiyanın balıqçılıq, ovçuluq və kənd təsərrüfatı naziri Piter Borq ada əhalisini ən azı beş gün üçün ərzaq ehtiyatı toplamağa çağırıb.
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, o bu narahatedici çağırışla mətbuat konfransı zamanı çıxış edib.
"Bu gün biz gözlənilməz hallar üçün fəaliyyət planını təqdim edirik. Fövqəladə vəziyyətlərə hazır olun: beş gün üçün ehtiyat yaradın", - deyə nazir vurğulayıb.
Borq həmçinin ada hakimiyyəti tərəfindən hazırlanmış "Böhranlara hazırıq - beş günə hazır olun" adlı broşürü də xatırladıb. Sözügedən vəsaitdə ev təsərrüfatlarının mümkün böhran vəziyyətlərinə necə hazırlaşa biləcəyi ilə bağlı sadə və praktik tövsiyələr yer alır.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı "bir parça buz" adlandırmış və NATO-dan adanın Birləşmiş Ştatlara verilməsini xahiş etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Yanvar 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















