Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qrup diet proqramlarının insan sağlamlığına təsiri ilə bağlı müzakirələr gündəmdə qalır.Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.Onun sözlərinə görə, qrup dietləri ilə bağlı əsas məsələ bu sahədə elmi yanaşmanın olub-olmamasıdır.
Mütəxəssis qeyd edib ki, dünyada aparılan elmi tədqiqatların təhlili qrup diet proqramlarının geniş tətbiq olunsa da, onların həm müsbət, həm də ciddi zərərli tərəflərinin mövcud olduğunu göstərir.Emin Məmmədovun sözlərinə görə, əsas risk bu proqramların kimlər tərəfindən hazırlanması və tətbiqi ilə bağlıdır.
O vurğulayıb ki, qrup dietlərini tərtib edən şəxslər mütləq şəkildə sertifikasiyadan keçmiş, ixtisaslı və diplomlu mütəxəssislər olmalıdırlar.Ekspert əlavə edib ki, qeyri-peşəkar şəxslər tərəfindən hazırlanmış qrup dietləri və insan orqanizminə yönəlmiş digər qidalanma müdaxilələri ciddi və təhlükəli sağlamlıq fəsadlarına səbəb ola bilər.
Bu səbəbdən diet proqramlarının seçimində diqqətli olmaq və mütəxəssis rəyinə üstünlük vermək tövsiyə edilir.Zeynəb Rzayeva Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.