Qrup dietləri təhlükə yarada bilər Səhiyyə Nazirliyi xəbərdarlıq etdi
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qrup diet proqramlarının insan sağlamlığına təsiri ilə bağlı müzakirələr gündəmdə qalır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, qrup dietləri ilə bağlı əsas məsələ bu sahədə elmi yanaşmanın olub-olmamasıdır. Mütəxəssis qeyd edib ki, dünyada aparılan elmi tədqiqatların təhlili qrup diet proqramlarının geniş tətbiq olunsa da, onların həm müsbət, həm də ciddi zərərli tərəflərinin mövcud olduğunu göstərir.
Emin Məmmədovun sözlərinə görə, əsas risk bu proqramların kimlər tərəfindən hazırlanması və tətbiqi ilə bağlıdır. O vurğulayıb ki, qrup dietlərini tərtib edən şəxslər mütləq şəkildə sertifikasiyadan keçmiş, ixtisaslı və diplomlu mütəxəssislər olmalıdırlar.
Ekspert əlavə edib ki, qeyri-peşəkar şəxslər tərəfindən hazırlanmış qrup dietləri və insan orqanizminə yönəlmiş digər qidalanma müdaxilələri ciddi və təhlükəli sağlamlıq fəsadlarına səbəb ola bilər. Bu səbəbdən diet proqramlarının seçimində diqqətli olmaq və mütəxəssis rəyinə üstünlük vermək tövsiyə edilir.
Zeynəb Rzayeva
Baxış sayı:62
Bu xəbər 21 Yanvar 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















