Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Digər adı “sona” olan Qu quşu əcəlinin çatdığını hiss edəndə son nəğməsini ifa edir və canını tapşırır. Vəzifəsindən “sui-istifadə”.
Bütün normal ölkələrdə olduğu kimi, yəqin Birləşmiş Ştatların Cinayət Prosessual Məcəlləsində də belə bir maddə var.
Söhbət vəzifə səlahiyyətlərini aşaraq, dövlətin və millətin ona etibar elədiyi postun imtiyazlarından şəxsi mənafeyi naminə yararlanmaqdan gedir.
Necə ki, ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə ittiham olunan və təqsiri sübuta yetirilən oğlu Hanteri əfv etmək qərarına gəlib.
Bu barədə Ağ evin mətbuat xidməti tərəfindən yayılan rəsmi məlumatın altından qeyri-rəsmi çox şeylər boylanır.
Tutaq ki, Baydenin xalqa müraciətində dediyi “Bu gün mən oğlum Hanter üçün əfv imzaladım” açıqlamasında müəyyən qədər səmimiyyət dozası var.
Axı, bu hadisə özünü “demokratiyanın beşiyi”, “qanunun şahdan da üstün olduğu” bir ölkədə baş verir.