Icma.az
close
up
RU
Qu quşunun “son nəğməsi”

Qu quşunun “son nəğməsi”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Digər adı “sona” olan Qu quşu əcəlinin çatdığını hiss edəndə son nəğməsini ifa edir və canını tapşırır.

Vəzifəsindən “sui-istifadə”. Bütün normal ölkələrdə olduğu kimi, yəqin Birləşmiş Ştatların Cinayət Prosessual Məcəlləsində də belə bir maddə var. Söhbət vəzifə səlahiyyətlərini aşaraq, dövlətin və millətin ona etibar elədiyi postun imtiyazlarından şəxsi mənafeyi naminə yararlanmaqdan gedir. Necə ki, ABŞ Prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə ittiham olunan və təqsiri sübuta yetirilən oğlu Hanteri əfv etmək qərarına gəlib. Bu barədə Ağ evin mətbuat xidməti tərəfindən yayılan rəsmi məlumatın altından qeyri-rəsmi çox şeylər boylanır. Tutaq ki, Baydenin xalqa müraciətində dediyi “Bu gün mən oğlum Hanter üçün əfv imzaladım” açıqlamasında müəyyən qədər səmimiyyət dozası var. Axı, bu hadisə özünü “demokratiyanın beşiyi”, “qanunun şahdan da üstün olduğu” bir ölkədə baş verir. ABŞ tarixində, görəsən, nə vaxtsa belə bir presedent olubmu? Cavab verməyə çətinlik çəkirik...

Təkcə Amerika xalqı yox, bütün dünya bilirdi ki, Baydenin oğlu əyyaş, narkoman, cinayət törətmiş şəxsdir. Məhkəmə hələ 2018-ci ildə onun vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırmaya başlamışdı. 2023-cü ilin dekabrında isə konkret ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı var. Bu ilin martında isə Hanter Bayden məhkəmə qarşısına çıxarılmalı idi. Proses bir qədər ləngisə də, məhkəmənin iyunun 3-də keçirilən iclasında prokurorlar H.Baydenə qarşı silah saxlamaqla bağlı ittiham irəli sürdülər. Bundan başqa, o, həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yazılı yalan məlumat verdiyinə, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham olunur. Altı ildən sonra başa çatan istintaq və məhkəmə prosesi iyunun 11-də yekunlaşıb. ABŞ qanunvericiliyinə əsasən, narkotik vasitələrin istifadəçilərinə odlu silah saxlamaq qadağasını pozan Hanter Bayden məsuliyyətə cəlb edilib. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 25 ilədək həbs cəzası və 750 min dollar məbləğində cərimə gözləyirdi.

Prezident kreslosunda əyləşmə müddəti ayyarımdan sonra başa çatacaq Cozef Bayden öz səlahiyyətindən sui-istifadə edərək oğlunu azadlığa buraxdı. Yəni, əfv etdi. O, vaxtında tüfeyli həyat tərzi keçirdiyinə görə ictimai qınaq hədəfinə çevrilən narkoman, cinayətkar, əxlaqsız oğlunu ata kimi bağışlaya bilər. Bunu başa düşmək mümkündür. Amma, ortada ağır cinayətlərdə ittiham olunan ABŞ vətəndaşı var. Məgər dövlət başçısının oğlu belə ittihamlarla üzləşən yeganə müttəhimdir ki, ona qarşı istisna hal kimi bu boyda “xeyirxahlıq” göstərilsin, əfvlə mükafatlandırılsın? Bəs, oxşar cinayətlərdə ittiham olunan yüzlərlə, bəlkə də minlərlə vətəndaşın həbsxanaya düşməsinin qarşısını kim alacaq? Onlara kim “atalıq qayğısı” göstərəcək? Bu da sizə “amerikasayağı”, daha doğrusu, “baydensayağı demokratiya”.

İndi kim bizə sübut edə bilər ki, demokrat Baydenin bu jesti səlahiyyətdən sui-istifadə, qanunun aliliyinin pozulması demək deyil? Elə ABŞ-nin seçilmiş prezidenti Donald Trampın sələfinin addımını məhz bu cür qiymətləndirməsi tamamilə başadüşüləndir.

Vaşintondakı Ağ evin dairəvi kabinetində əyləşib dünya ölkələrinə qanunun aliliyindən dərs keçən, altdan-altdan terrorçuları dəstəkləyən, üzdə “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə töhfələr verən”, arxada isə separatçıları, işğalçı İrəvanı maliyyələşdirən, eləcə də postsovet məkanındakı respublikalara insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar ünvanlayan Bayden özü ən ali səviyyədə qanunsuzluğa əl atdı.

Qu quşu əcəlinin çatdığını hiss etdiyi kimi, Bayden də, çox güman ki, “son nəğməsi”ni oğlunun şərəfinə ifa elədi. Onun “bu ifası” ABŞ tarixinə ən uğursuz və biabırçı qanunsuzluq aktı kimi düşəcək.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri