Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Özbəkistan təmsilçilərinin iştirakı ilə Pedaqoji Universitetin Quba filialının məsul əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtının əsərlərinin təqdimatı keçirilib.
ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev təşəbbüsü ilə Heydər Əliyev Lektoriyasında təşkil olunan təqdimetmə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü həsr olunub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişaf strategiyasının müəyyən edilməsi, eləcə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qazandığı rəşadətli qələbə şərtləndirən çoxşaxəli cəhədlər barədə müfəssəl məlumat verən professor Yusif Alıyev təqdim olunan “saxta “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” (türk və ingilis dillərində, “Azərbaycan: təqvimdə dörd qara gün” (rus dilində), müqəddəs Qarabağ Zəfərindən bəhs edən “Duman çəkiləndə” siyasi-tarixi roman (türkcə) və s.
əsərlərin otuz illik keçmiş münaqişənin səbəb, məqsəd və nəticələrinə, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan ümumtürk milli səltənətinə işıq saçdığını dilə gətirib.
Direktor Yusif Alıyev təqdim olunan əsərlərin özbək dilinə tərcümə olunmasını arzu etdiyini və bunun ümummilli maraqlarımıza xidmət etdiyini ifadə edib.
Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov çıxışında bildirib ki, təqdim olunan əsərlər Azərbaycan həqiqətlərinin, eləcə də ADPU Quba filialının ümumi intellektual səviyyəsinin Özbəkistan ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.