Icma.az
close
up
RU
Quba filialında Sabir Şahtaxtının kitablarının təqdimatı keçirilib

Quba filialında Sabir Şahtaxtının kitablarının təqdimatı keçirilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və Özbəkistan təmsilçilərinin iştirakı ilə Pedaqoji Universitetin Quba filialının məsul əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtının əsərlərinin təqdimatı keçirilib. ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev təşəbbüsü ilə Heydər Əliyev Lektoriyasında təşkil olunan təqdimetmə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü həsr olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişaf strategiyasının müəyyən edilməsi, eləcə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qazandığı rəşadətli qələbə şərtləndirən çoxşaxəli cəhədlər barədə müfəssəl məlumat verən professor Yusif Alıyev təqdim olunan “saxta “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” (türk və ingilis dillərində, “Azərbaycan: təqvimdə dörd qara gün” (rus dilində), müqəddəs Qarabağ Zəfərindən bəhs edən “Duman çəkiləndə” siyasi-tarixi roman (türkcə) və s. əsərlərin otuz illik keçmiş münaqişənin səbəb, məqsəd və nəticələrinə, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan ümumtürk milli səltənətinə işıq saçdığını dilə gətirib.

Direktor Yusif Alıyev təqdim olunan əsərlərin özbək dilinə tərcümə olunmasını arzu etdiyini və bunun ümummilli maraqlarımıza xidmət etdiyini ifadə edib.
Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov çıxışında bildirib ki, təqdim olunan əsərlər Azərbaycan həqiqətlərinin, eləcə də ADPU Quba filialının ümumi intellektual səviyyəsinin Özbəkistan ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Natiqlər çıxışlarında qeyd ediblər ki, Azərbaycan və Özbəkistan sadəcə dil, din, dəyərlər baxımından qardaş ölkələr və dövlətlər deyil, xalqlarımız eyni mahiyyətli acıları çəkməklə vahid tale yaşayıblar. Və bu acını yaşadanlar da eyni qüvvələr olub. Təəssüf ki, Azərbaycan və Özbəkistanın dövlətçiliyinə qarşı tətbiq olunan ssenarilərdə hər zaman erməni toplumunun nümayəndələrindən vasitəçi olaraq istifadə ediblər.

Təqdimatda çıxış edən Səmərqənd Regional Pedaqoji Bacarıqlar Mərkəzinin şöbə müdiri Hasan Bekmirzəyev özündən əvvəli natiqlərin fikir və düşüncələrinə də münasibət bildirib. Çıxışçı qeyd edib ki, müəllifin qələmə aldığı “Azərbaycan: təqvimdə dörd qara gün” sənədli-tarixi əsərində əksini tapan 1918-ci ilin mart qırğınları, 1920-ci ilin aprel işğalı, 1990-cı ilin Qara Yanvar faciəsi, eləcə də 1992-ci ildə törədilən Xocalı soyqırımı bu və ya digər formada özbək xalqının da yaşadığı milli faciələrin inikasıdır.

Çıxışlarda oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə səsləndirilən çağırışlar ətrafında müəyyən təkliflər edilib. Qeyud olunub ki, tərəflər Prezident İlham Əliyevin ifadə etdiyi “Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm” çağırışını əsas tutaraq bu sahədə ortaq layihələr üçün əməkdaşlıq təklifləri hazırlasınlar.

Təqdimatın təşkilinə görə, professor Yusif Alıyevə səmimi minnətdarlığını ifadə edən müəllif Sabir Şahtaxtı bütün iştirakçılara təşəkkür edib.
Kitablar müəllifin imzası ilə iştirakçılara hədiyyə olunub.

Sonra iştirakçılar birgə xatirə şəkilləri çəkdiriblər.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Qaraqalpaqıstan Respublikası, Fərqanə vilayəti, Nəvai vilayəti, Səmərqənd vilayəti, Surxandərya vilayəti, Xorazm vilayəti, Əndijan vilayəti) oktyabrın 18-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri