Quba Open 2026 Beynəlxalq Şahmat Festivalının açılışı

05.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qubada Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən "Quba Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi baş keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasındakı rolunu xüsusi qeyd edib. AŞF rəhbəri “Quba Open”  Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun önəmli parçası olduğunu bildirib. 

Xatırladaq ki,Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə,  yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərən beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunub.  

Turnirin ümumi mükafat fondu 24 420 manat təşkil edir. Yarışda 11 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparır.

Qabil YUSİFOĞLU
 XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью