Quba Open 2026 Beynəlxalq Şahmat Festivalının açılışı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Qubada Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən "Quba Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi baş keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasındakı rolunu xüsusi qeyd edib. AŞF rəhbəri “Quba Open” Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun önəmli parçası olduğunu bildirib.
Xatırladaq ki,Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərən beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunub.
Turnirin ümumi mükafat fondu 24 420 manat təşkil edir. Yarışda 11 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparır.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















