Qubada 11 kq narkotik dövriyyədən çıxarılıb, 4 nəfər tutulub

02.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Elşən Heydərov, Elman Əskərov, Rövşən Qasımbəyov və Şabran rayon sakini Mirabtalıb Məsimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zamanı ümumilikdə 11 kiloqram marixuana, metamfetamin, tiryək, 50 ədəd metadon həbi və 30 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью