Qubada 11 kq narkotik dövriyyədən çıxarılıb, 4 nəfər tutulub
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Elşən Heydərov, Elman Əskərov, Rövşən Qasımbəyov və Şabran rayon sakini Mirabtalıb Məsimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zamanı ümumilikdə 11 kiloqram marixuana, metamfetamin, tiryək, 50 ədəd metadon həbi və 30 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.

Qubada 11 kq narkotik dövriyyədən çıxarılıb, 4 nəfər tutulub
02 Dekabr 2024 10:48
525ci qəzet Qubada 11 kq narkotik dövriyyədən çıxarılıb 4 nəfər tutulub
02 Dekabr 2024 11:34
Daha bir bölgədə 11 kq narkotik dövriyyədən çıxarılıb
02 Dekabr 2024 10:53
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
10 Yanvar 2025 09:41

