Qubada BMW beton divara çırpıldı, xəsarət alan var YENİLƏNİB

25.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Qubada baş verən qəzada 1 nəfər xəsarət alıb.

TƏBİB-dən Lent.az-a bildirilib ki, 1986-cı il təvəllüdlü şəxs (kişi) 24.11.2026-cı il tarixində saat 23:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hər iki əlin sıyrılmış yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmət göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

saat 23:31

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə noyabrın 24-də saat 22:50-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı beton divara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью