Qubada BMW beton divara çırpıldı, xəsarət alan var YENİLƏNİB
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Qubada baş verən qəzada 1 nəfər xəsarət alıb.
TƏBİB-dən Lent.az-a bildirilib ki, 1986-cı il təvəllüdlü şəxs (kişi) 24.11.2026-cı il tarixində saat 23:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər iki əlin sıyrılmış yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmət göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
saat 23:31
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə noyabrın 24-də saat 22:50-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı beton divara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















