Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1992-ci ilin 19 fevralında Ermənistan Qubadlını bombaladı, 5 nəfər həlak oldu, 20 nəfər yaralandı.
Bu, açıq müharibə idi, Ermənistan Azərbaycana qarşı elan etmədən müharibə aparırdı.
Martın 1-də Qafan rayonundan Qubadlıya hücum edildi, Qubadlı ərazi özünümüdafiə taborunun döyüşçüləri və yaradılmaqda olan ordu hissələrimiz bu hücumun qarşısını aldı.
May ayıının əvəllərində Laçın və Şuşa işğal edildi. Bu işğal Qubadlının üç tərəfdən ermənilərin silahlı qüvvələri ilə əhatələnməsi idi.
Düşmənin irəliləməsi martın 19-da Güləbird yaxınlığında dayandırıldı.
Oktyabrın 9-dan 12-nə kimi ordu hissələrimiz Laçından geri çəkilməyə məcbur oldu.
Ermənilər hücumu davam etdirdilər və oktyabrın 12-də Qubadlının sərhədinə çatdılar...Avqustun 31-də Qubadlı işğal olundu...İşğal nəticəsində rayondan 30 minə yaxın məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşdı.