Icma.az
close
up
RU
Qubadlı şəhəri günü böyük coşqularla qeyd olunacaq

Qubadlı şəhəri günü böyük coşqularla qeyd olunacaq

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


1992-ci ilin 19 fevralında Ermənistan Qubadlını bombaladı, 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibə idi, Ermənistan Azərbaycana qarşı elan etmədən müharibə aparırdı. Martın 1-də Qafan rayonundan Qubadlıya hücum edildi, Qubadlı ərazi özünümüdafiə taborunun döyüşçüləri və yaradılmaqda olan ordu hissələrimiz bu hücumun qarşısını aldı. May ayıının əvəllərində Laçın və Şuşa işğal edildi. Bu işğal Qubadlının üç tərəfdən ermənilərin silahlı qüvvələri ilə əhatələnməsi idi. Düşmənin irəliləməsi martın 19-da Güləbird yaxınlığında dayandırıldı.
Oktyabrın 9-dan 12-nə kimi ordu hissələrimiz Laçından geri çəkilməyə məcbur oldu. Ermənilər hücumu davam etdirdilər və oktyabrın 12-də Qubadlının sərhədinə çatdılar...
Avqustun 31-də Qubadlı işğal olundu...
İşğal nəticəsində rayondan 30 minə yaxın məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı...
İşğal 28 il çəkdi...
İkinci Qarabağ müharibəsində ordumuz tarixi qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırdı. Oktyabrın 25-i müharibənin gedişində əhəmiyyətli mərhələ oldu. Qubadlının işğaldan azad edilməsi əməliyyatı başladı. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün yüksəkliklər götürüldü. Rayonun Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi, noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbəni yüksək dəyərləndirərək dedi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Hər rayonun işğaldan azad edilməsinə ayrıca ehtiram ümumən tarixi Zəfərə olan ehtiramdır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15 mindən çox hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi tarixləşdi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib, 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı oldu, Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam edir. İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 2021-ci il oktyabrın 27-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Qubadlıya 4 dəfə səfər edib. Bu səfərlərin hər biri rayonda davam edən böyük quruculuq işlərinin daha da genişlənməsində əhəmiyyətli olub...
Qubadlı yenidən qurulur. Yeni Qubadlıda Qubadlı şəhəri günü böyük coşqularla qeyd olunacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputat
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Oktyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri