QubaXınalıq yolunda tikilən yeni körpüdə betonlama işlərinə başlanılıb AZƏRTAC | Icma.az
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Quba, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb.
Hazırda ərazidə betonlama işlərinə başlanılıb.Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu