QubaXınalıq yolunda tikilən yeni körpüdə betonlama işlərinə başlanılıb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Quba, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur. İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















