Qubernatora PUA ilə hücum edildi

23.03.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Belqorod vilayətində keçirilən görüş zamanı pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının (Rosqvardiya) mətbuat xidməti məlumat yayıb. Hadisə vilayət qubernatoru Vyaçeslav Qladkovun Qrayvoron dairəsinin Smorodino kəndinə səfəri zamanı baş verib. Bildirilib ki, qubernator yerli sakinlərlə görüş keçirərkən pilotsuz uçuş aparatlarından biri əraziyə yaxınlaşıb.

Məlumata əsasən, Rosqvardiyanın xüsusi təyinatlı əməkdaşları dərhal atəş açaraq PUA-nı vurublar. Qeyd olunur ki, zərərsizləşdirilən aparat havada partlayıb.

Hadisə nəticəsində xəsarət alanların və dağıntının olmadığı bildirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью