Qubernatora PUA ilə hücum edildi
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Belqorod vilayətində keçirilən görüş zamanı pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının (Rosqvardiya) mətbuat xidməti məlumat yayıb. Hadisə vilayət qubernatoru Vyaçeslav Qladkovun Qrayvoron dairəsinin Smorodino kəndinə səfəri zamanı baş verib. Bildirilib ki, qubernator yerli sakinlərlə görüş keçirərkən pilotsuz uçuş aparatlarından biri əraziyə yaxınlaşıb.
Məlumata əsasən, Rosqvardiyanın xüsusi təyinatlı əməkdaşları dərhal atəş açaraq PUA-nı vurublar. Qeyd olunur ki, zərərsizləşdirilən aparat havada partlayıb.
Hadisə nəticəsində xəsarət alanların və dağıntının olmadığı bildirilib.
Bu mövzuda digər xəbərlər:Putindən qubernatora: Sverdlovska geri dönün...
27 Mart 2025 00:55
Prezident general qubernatora məktub göndərdi
26 Yanvar 2026 11:56
Prokurorluq qubernatora qarşı ittiham irəli sürüb
02 Avqust 2025 16:27
Yekaterinburqda sərxoş kişi qubernatora hücum etməyə cəhd göstərib FOTO
01 May 2026 15:57
Apellyasiya Məhkəməsindən Trampa dəstək Prezident qubernatora qalib gəldi
20 İyun 2025 16:17
Baxış sayı:152
Bu xəbər 23 Mart 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















