Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropada yaşayan ermənilər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdə Avropa ittifaqının fəallığını görür və bundan gözləntiləri çoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Erməni Datının Mərkəzi Aparatının xüsusi proqramlar şöbəsinin rəhbəri Gevorq Qukasyan deyib.
O, əlavə edib ki, bu, Avropa Parlamentinin prinsipial mövqeyinin, Aİ icra hakimiyyətinə yaratdığı təzyiqlərin nəticəsidir: “Avropa Parlamentinin son qətnaməsi bu məsələni qanuni qüvvəyə mindirir.
Azərbaycan və Aİ arasında hüquqi müqavilə səviyyəsinin artırılması baxımından Avropa Parlamentinin qətnamələri daha çox məsləhət xarakteri daşıyır.
Avropa İttifaqının qətnamələri məcburi deyil və heç bir hüquqi gücü yoxdur”.
Daha sonra Azərbaycana təsir rıçaqlarının tükənmədiyini deyən erməni siyasətçi hesab edir ki, Avropa Azərbaycana təzyiqi artırmalıdır: “Qərbin siyasi arsenalında elə bir alət var ki, istifadə ediləcəyi təqdirdə Azərbaycan ciddi itkilərə məruz qala bilər”.
Təbii ki, Qukasyan bununla ermənilərin qarışıq yuxularına çevrilən Azərbaycanın enerji resurslarına eyham vurur.