Icma.az
close
up
RU
Qukasyan egtiraf edir: Avropa Ermənistanı aldatdı KONKRET

Qukasyan egtiraf edir: Avropa Ermənistanı aldatdı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropada yaşayan ermənilər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdə Avropa ittifaqının fəallığını görür və bundan gözləntiləri çoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Erməni Datının Mərkəzi Aparatının xüsusi proqramlar şöbəsinin rəhbəri Gevorq Qukasyan deyib.

O, əlavə edib ki, bu, Avropa Parlamentinin prinsipial mövqeyinin, Aİ icra hakimiyyətinə yaratdığı təzyiqlərin nəticəsidir: “Avropa Parlamentinin son qətnaməsi bu məsələni qanuni qüvvəyə mindirir. Azərbaycan və Aİ arasında hüquqi müqavilə səviyyəsinin artırılması baxımından Avropa Parlamentinin qətnamələri daha çox məsləhət xarakteri daşıyır. Avropa İttifaqının qətnamələri məcburi deyil və heç bir hüquqi gücü yoxdur”.

Daha sonra Azərbaycana təsir rıçaqlarının tükənmədiyini deyən erməni siyasətçi hesab edir ki, Avropa Azərbaycana təzyiqi artırmalıdır: “Qərbin siyasi arsenalında elə bir alət var ki, istifadə ediləcəyi təqdirdə Azərbaycan ciddi itkilərə məruz qala bilər”.

Təbii ki, Qukasyan bununla ermənilərin qarışıq yuxularına çevrilən Azərbaycanın enerji resurslarına eyham vurur. Onlar nəyin hesabına olursa-olsun Avropa Birliyindən Azərbaycana qarşı sanksiya qəbul edilməsini tələb edirlər və bütün ermənilər, onların havadarları da bu istiqamətdə çalışırlar. Qukasyan təəssüflə bildirir ki, hazırda Avropa buna hazır deyil və ermənilərin əsas məqsədi isə Aİ-ni buna kökləməkdir. Amma Avropanın enerji təhlükısizliyində önəmli rol oynayan Azərbaycanın erməni məsələsinə görə, sanksiyalara məruz qalması inandırıcı deyil və bu, baş tutmayacaq. Bunu ermənilərin özləri anlasalar da böyük qardaşlarının onlara verdiyi yalançı vədə arxayındırlar: “Avropa İttifaqının plenar iclasında iştirak edən komissarlardan biri ilk dəfə maraqlı bəyanatla çıxış edib. O, Avropa İttifaqının enerji tərəfdaşı hesab edilən Azərbaycanda insan hüquqlarının pozulmasına göz yuma bilməyəcəyini bildirib. Bu, bizdə böyük inam yaradır və güman edirik ki, Azərbaycan tezliklə cəzalanacaq.  Aİ-də Azərbaycanla bağlı müəyyən nitq korreksiyaları olsa da, təbii ki, bunlar kifayət deyil. Lakin bu deyilənlər Avropada qiymətləndirilməlidir. İstənilən vaxt Aİ özünün siyasi arsenalındakı  bu alətdən istifadə etməli və  Azərbaycana kifayət qədər ciddi  zərbə vurmalıdır”.

Əslində, Qukasyanın bu fikirləri orta statistik erməni arzusudur. Uzun illərdir xəstə təxəyüllə yaşayan bir toplumun qonşularına düşmən münasibətinin kökündə erməni ideologiyası dayanır. Yalnız bu fikirləri xəstə təxəyyüllə malik insanlar söyləyə bilər: “Bir neçə gün əvvəl 52 avropalı parlamentari Azərbaycana 3 əsas tələblə müraciət imzalayıb. Avropalı “dostlarımız” erməni məhbusların azad edilməsi, mədəni irsin qorunması, işğalçı qüvvələrin çıxarılması tələbiylə çıxış ediblər”.

Qukasyanın sadaladıqları həm də COP29 ərəfəsi Azərbaycana təzyiqdir.

Qukasyan daha sonra bildirib: “Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı çıxışı o qədər yumşaqdır ki, sanki söhbət hər hansı tərəfdaş dövlətlə qısamüddətli problemlərdən gedir. Fakt budur ki, Avropa və Amerikanın məsələyə sətr mövqe nümayiş etdirməsi Ermənistan hakimiyyətinin siyasi çıxışı ilə uyğun gəlmir”.

Avropada yaşayan hər bir erməni belə düşünür və onların Azərbaycan əleyhinə apardıqları kampaniyanın kökündə də bu tezislər dayanır. Sülh müqaviləsinin imzalanmasına mane olan bu qüvvələr üzləşdikləri məğlubiyyətlə barışmaq istəmir və Ermənistanı uçuruma aparmaqda davam edirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri