"Ayaks" azarkeşlərindən etiraz

20.08.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ayaks" azarkeşlərindən etiraz

“Ayaks” azarkeşləri “Sion”la oyunun yayımında yaranan problemlərə görə narazı qalıblar.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Sion” - “Ayaks” matçını izləmək istəyən azarkeşlər yayım platforması KIJK-dən şikayət ediblər.

Görüşün yayımı üçün 4,99 avro ödəyən azarkeşlər yayımın donduğunu, kəsildiyini və ya ümumiyyətlə açılmadığını bildirib.

Azarkeşlər sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək ödənişlərinin geri qaytarılmasını tələb ediblər. Bəzi izləyicilər isə xaricdən, o cümlədən İspaniyadan yayımı izləyə bilmədiklərini yazıblar.

Qeyd edək ki, qarşılaşmanın yayım hüquqları İsveçrə klubu “Sion”a məxsus olduğundan oyun ənənəvi televiziya kanalı ilə deyil, KIJK platformasında ödənişli yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью