"Ayaks" azarkeşlərindən etiraz
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ayaks” azarkeşləri “Sion”la oyunun yayımında yaranan problemlərə görə narazı qalıblar.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Sion” - “Ayaks” matçını izləmək istəyən azarkeşlər yayım platforması KIJK-dən şikayət ediblər.
Görüşün yayımı üçün 4,99 avro ödəyən azarkeşlər yayımın donduğunu, kəsildiyini və ya ümumiyyətlə açılmadığını bildirib.
Azarkeşlər sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək ödənişlərinin geri qaytarılmasını tələb ediblər. Bəzi izləyicilər isə xaricdən, o cümlədən İspaniyadan yayımı izləyə bilmədiklərini yazıblar.
Qeyd edək ki, qarşılaşmanın yayım hüquqları İsveçrə klubu “Sion”a məxsus olduğundan oyun ənənəvi televiziya kanalı ilə deyil, KIJK platformasında ödənişli yayımlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Avqust 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















