Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir. “And içirəm ki, heç kimi təhqir etməmişəm. Şahidlərim də var.
Sadəcə, oyundan yarım saat sonra hisslərimi cilovlaya bilmədiyim üçün dedim ki, Allah sizin bəlanızı versin!
Bu, təhqir deyil, qarğışdır”.Bakupost.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına reaksiya verərkən deyib.
33 yaşlı mütəxəssisin sözlərinə görə, XXVI turda səfərdə “Karvan”la 2:2 hesablı heç-heçə etdikləri oyunda Mahmud Bağırzadənin başçılıq etdiyi hakimlər briqadası qərəzli mövqe tutub.
O, verilən cəza ilə barışmadığını bildirib: “Cəzadan indi xəbər tuturam, özümə də çox müəmmalı gəldi. Çünki heç bir hakimi təhqir etməmişəm.
Birinci hissəni 2:0 hesabı ilə udurduq. İkinci hissədə isə baş hakim Mahmud Bağırzadə oyunun ssenarisini tamamilə dəyişdi.
Bunu da oyunu izləyən hər kəs deyə bilər". Quluzadə heç kimin ailəsini və özünü söymədiyini bildirib: "Orada məndən başqa 20 nəfər adam vard
Orada təhqir yazırlar, nə fikirləşiblər, bilmirəm. Etdiyim etiraz haqlıdır.