Icma.az
close
up
RU
"Hakimləri söyməmişəm, qarğış etmişəm"

"Hakimləri söyməmişəm, qarğış etmişəm"

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“And içirəm ki, heç kimi təhqir etməmişəm. Şahidlərim də var. Sadəcə, oyundan yarım saat sonra hisslərimi cilovlaya bilmədiyim üçün dedim ki, Allah sizin bəlanızı versin! Bu, təhqir deyil, qarğışdır”.

Bakupost.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılmasına reaksiya verərkən deyib.

33 yaşlı mütəxəssisin sözlərinə görə, XXVI turda səfərdə “Karvan”la 2:2 hesablı heç-heçə etdikləri oyunda Mahmud Bağırzadənin başçılıq etdiyi hakimlər briqadası qərəzli mövqe tutub. O, verilən cəza ilə barışmadığını bildirib: “Cəzadan indi xəbər tuturam, özümə də çox müəmmalı gəldi. Çünki heç bir hakimi təhqir etməmişəm. Birinci hissəni 2:0 hesabı ilə udurduq. İkinci hissədə isə baş hakim Mahmud Bağırzadə oyunun ssenarisini tamamilə dəyişdi. Bunu da oyunu izləyən hər kəs deyə bilər".

Quluzadə heç kimin ailəsini və özünü söymədiyini bildirib: "Orada məndən başqa 20 nəfər adam vardı, bir nəfər desə ki, Amit Quluzadə kiminsə ailəsini, özünü söydü, məni 5 yox, 25 oyunluq cəzalandırsınlar. Orada təhqir yazırlar, nə fikirləşiblər, bilmirəm. Etdiyim etiraz haqlıdır. Çünki hakimlər bizim II Liqaya düşməyimizin əsas səbəbkarlarıdır. Kim istəsə, məndə videofaktlar var. Bir deyil, beş deyil, verilməyən penaltilərimiz nə qədərdir. Onların yarısı verilsəydi, bu gün biz çempionatda qalardıq. Başa düşmədim, etirazımı bildirəndə mənə istədiklərini edə bilərlər. Amma bu boyda komandanın I Liqadan düşməsinə göz yumurlar”.

Gənc mütəxəssis bu cür cəzaların onun statusuna xələl gətirdiyi deyərək, rəhbərliklə danışacağını vurğulayıb: “Orada səbəb yazırlar ki, hakimi təhqir etdiyim üçün cəza verilir. Futbol ictimaiyyətinə məni söyüş söyən biri olaraq tanıdırlar. Bundan öncə də mənə 2 oyun cəza vermişdilər, orada da səbəb yazmışdılar ki, təhqir etmişəm. Araşdırılandan sonra məlum oldu ki, mən heç kimi təhqir etməmişəm. Eyni məsələ indidir. Niyə mənim adıma ləkə yaxılsın ki?! Yəqin, rəhbərlik lazımi tədbirləri görər”.

Qeyd edək ki, 26 oyundan 23 xal toplayan “Qaradağ Lökbatan”ın son turun nəticəsindən asılı olmayaraq, axırıncı - 10-cu pillənin sahibi kimi I Liqanı tərk edəcəyi dəqiqləşib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri