Icma.az, Bakupost portalına istinadən məlumat verir. Bakı şəhər sakini Əzizəxanım Məhərrəmli bağlamasının çatdırılmaması və təhqiramiz münas
Zəng etdiyim ilk iki gündə mənə bildirildi ki, gün ərzində məlumat veriləcək və bağlama çatdırılacaq.
Sonrakı zənglərdə isə “hal-hazırda araşdırılır, gün ərzində əlaqə saxlanılacaq” cavabını aldım.
Nə məlumat verildi, nə də bağlama çatdırıldı.”Ə.Məhərrəmli deyir ki, mayın 23-də "Limak Kargo"ya məxsus digər bir nömrədən ona zəng edilib və bağlamanın itirildiyi bildirilib.
"Temu" üzərindən aldığı qəbzi təqdim etdikdən sonra isə ona həmin gün ərzində ödənişin geri qaytarılacağı vəd olunub:“Göndərdim.
Bildirdilər ki, ödəniş gün ərzində qaytarılacaq. O tarixdən bu günə qədər nə ödəniş edilib, nə də kimsə mənimlə əlaqə saxlayıb.
Zənglərim və mesajlarım da cavabsız qalıb.”Daha sonra o, şirkətlə yenidən əlaqə yaratmağa çalışıb.
Cavab verən əməkdaş problemini həll edə bilmədiyini və rəhbərliyin hazırda ofisdə olmadığını bildirib:“Yarım saat sonra rəhbərlikdən biri zəng edərək mənimlə təhqiramiz və alçaldıcı üslubda danışmağa başladı.