Icma.az
close
up
RU
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər ŞİKAYƏT

"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər ŞİKAYƏT

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bakı şəhər sakini Əzizəxanım Məhərrəmli bağlamasının çatdırılmaması və təhqiramiz münasibətə məruz qalması ilə bağlı "Limak Kargo" şirkətindən şikayətçidir.

O, bu barədə Bakupost.az -a müraciətində bildirib.

Ə.Məhərrəmli aprelin 30-da "Temu" platforması üzərindən sifariş verdiyi bağlamanın "Limak Kargo" tərəfindən bu günə qədər çatdırılmadığını, üstəlik şəxsi kabinetində “çatdırılıb” kimi qeydə alındığını iddia edir.

Şikayətçi bildirir ki, ardıcıl beş gün boyunca "Limak Kargo" ilə əlaqə saxlamağa çalışıb və hər zəng zamanı 25 dəqiqə gözləmədən sonra 30 manata yaxın kontur xərcləyib:

“Halbuki bağlamanın dəyəri 50 manat idi və yalnız bu məsuliyyətsizlik səbəbindən dəyərinin yarısı qədər əlavə xərc çəkmişəm. Zəng etdiyim ilk iki gündə mənə bildirildi ki, gün ərzində məlumat veriləcək və bağlama çatdırılacaq. Sonrakı zənglərdə isə “hal-hazırda araşdırılır, gün ərzində əlaqə saxlanılacaq” cavabını aldım. Nə məlumat verildi, nə də bağlama çatdırıldı.”

Ə.Məhərrəmli deyir ki, mayın 23-də "Limak Kargo"ya məxsus digər bir nömrədən ona zəng edilib və bağlamanın itirildiyi bildirilib. "Temu" üzərindən aldığı qəbzi təqdim etdikdən sonra isə ona həmin gün ərzində ödənişin geri qaytarılacağı vəd olunub:

“Göndərdim. Bildirdilər ki, ödəniş gün ərzində qaytarılacaq. O tarixdən bu günə qədər nə ödəniş edilib, nə də kimsə mənimlə əlaqə saxlayıb. Zənglərim və mesajlarım da cavabsız qalıb.”

Daha sonra o, şirkətlə yenidən əlaqə yaratmağa çalışıb. Cavab verən əməkdaş problemini həll edə bilmədiyini və rəhbərliyin hazırda ofisdə olmadığını bildirib:

“Yarım saat sonra rəhbərlikdən biri zəng edərək mənimlə təhqiramiz və alçaldıcı üslubda danışmağa başladı. İşlətdiyi ifadələr arasında “50 manat nə puldur ki, bu qədər ortalığı qarışdırmısız?”, “Sizin anlayış qabiliyyətiniz yoxdur”, “20 gün Çini gözləmisiz, bir həftə bizim pulu gözləmirsiz?”, “Mən danışanda səsini kəs” kimi sözlər var idi. Cavabını verdim. Gün ərzində ödənişin geri qaytarılacağı yenidən bildirildi. Daha sonra isə nömrəmi blok etdilər. Mənə çox maraqlıdır: bu şirkətlər hansı haqla bu qədər məsuliyyətsiz ola bilir? Müştərinin bağlamasını itirib, üzr istəmək əvəzinə ona qarşı alçaldıcı üslubda danışmaq hansı etikaya və peşəkarlığa sığır? 50 manat o rəhbər üçün əhəmiyyətsiz görünə bilər, amma kiminsə birgünlük maaşı, kiminsə son pulu ola bilər. O məbləğ kiçik olsa belə, həmin pul mənimdir. Onu itirib sonra da belə danışmaq səlahiyyəti heç kimə verilməyib.”

Şikayətçi həm maddi, həm də psixoloji zərərə məruz qaldığını vurğulayıb:

“Bu, təkcə maddi zərər deyil. Saatlarla telefonda gözləməyin, dəfələrlə vəziyyəti izah etməyin, hər dəfə cavabsız qalmağın və sonda təhqir eşitməyin verdiyi mənəvi. psixoloji zərər var ortada. Bütün bunlar sadəcə bir bağlama sifariş etdiyimə görə baş verib. "Limak Kargo"nun bu davranışı həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir.”

Məsələ ilə bağlı limak.az-la əlaqə saxlamağa çalışsaq da, şirkətdən zənglərimizə və mesajlarımıza cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 İyun 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri