"Oyunumuz çox bərbad idi" Orhus un futbolçusu

12.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu

"Nə deyəcəyimi bilmirəm. Oyunumuz çox bərbad idi, deyiləsi başqa bir şey də yoxdur".

QOL.az xəbər verir ki, bu sözləri Danimarkanın "Orhus" klubunun üzvü Yens Yönsson UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la cavab matçından sonra "Viaplay"a açıqlamasında deyib.

Danimarkalı yarımmüdafiəçi Bakıda 0:4 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Belə səhvlər baş verə bilər və bu gün təəssüf ki, onların cəzasını ağır ödədik. Əlbəttə, bu, kifayət qədər yaxşı durum deyil. Amma məncə, əsas məsələ oyunun ümumi gedişində necə oynamağımızdır. Biz həddindən artıq geri çəkilirik və sonra oyunumuzu qura bilmirik. Bunu bacardığımız bir neçə epizodda kifayət qədər vaxtımız olur və yaxşı oynayırıq. Həmin vaxt rəqiblə başabaş oynamaq mümkündür və əslində onlar da bundan daha güclü deyillər. Amma mən burada barmaq uzadıb kimisə günahlandırmaq fikrində deyiləm. "Sabah" indicə bizi 4:0 hesabı ilə darmadağın edib".

Xatırladaq ki, Danimarkada 1:2 hesabı ilə uduzan "Sabah" Bakıdakı qarşılaşmada 4 cavabsız qolla pley-off mərhələsinə yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью