"Oyunumuz çox bərbad idi" Orhus un futbolçusu
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Nə deyəcəyimi bilmirəm. Oyunumuz çox bərbad idi, deyiləsi başqa bir şey də yoxdur".
QOL.az xəbər verir ki, bu sözləri Danimarkanın "Orhus" klubunun üzvü Yens Yönsson UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la cavab matçından sonra "Viaplay"a açıqlamasında deyib.
Danimarkalı yarımmüdafiəçi Bakıda 0:4 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Belə səhvlər baş verə bilər və bu gün təəssüf ki, onların cəzasını ağır ödədik. Əlbəttə, bu, kifayət qədər yaxşı durum deyil. Amma məncə, əsas məsələ oyunun ümumi gedişində necə oynamağımızdır. Biz həddindən artıq geri çəkilirik və sonra oyunumuzu qura bilmirik. Bunu bacardığımız bir neçə epizodda kifayət qədər vaxtımız olur və yaxşı oynayırıq. Həmin vaxt rəqiblə başabaş oynamaq mümkündür və əslində onlar da bundan daha güclü deyillər. Amma mən burada barmaq uzadıb kimisə günahlandırmaq fikrində deyiləm. "Sabah" indicə bizi 4:0 hesabı ilə darmadağın edib".
Xatırladaq ki, Danimarkada 1:2 hesabı ilə uduzan "Sabah" Bakıdakı qarşılaşmada 4 cavabsız qolla pley-off mərhələsinə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 12 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















