Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın həbsi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edərək, Azərbaycanın mövqeyini dəstəkləyən yekun rəyini açıqlayıb.
Bu rəyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ruben Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb və onun hüquqları istintaq müddətində tam təmin edilib.
Beləliklə, BMT-nin müvafiq qurumu Ruben Vardanyanın həbsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini təsdiqləyib və Ermənistanın iddialarını əsassız hesab edib.
Bu o deməkdir ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq hüquq normalarına uyğun aparılıb.
Vardanyan terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və dövlət sərhədini qanunsuz keçmə kimi ağır cinayətlərdə ittiham olunur və bu ittihamlar sübuta yetirilib”.Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Ermənistan və bəzi beynəlxalq lobbi qrupları tərəfindən aparılan "Vardanyan siyasi məhbusdur" kampaniyası iflasa uğradı:"Əgər onun həbsinin siyasi motivlər daşıdığı təsdiqlənsəydi, BMT mütləq buna işarə edərdi.
Amma rəsmi sənəddə açıq şəkildə göstərilir ki, məhkəmə prosesi ədalətli aparılıb və onun hüquqları tam şəkildə təmin edilib.