Icma.az
close
up
RU
"Vardanyana görə təzyiqlər ola bilər, amma nəticəsi olmayacaq" AÇIQLAMA

"Vardanyana görə təzyiqlər ola bilər, amma nəticəsi olmayacaq" AÇIQLAMA

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın həbsi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edərək, Azərbaycanın mövqeyini dəstəkləyən yekun rəyini açıqlayıb. Bu rəyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ruben Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb və onun hüquqları istintaq müddətində tam təmin edilib. Beləliklə, BMT-nin müvafiq qurumu Ruben Vardanyanın həbsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini təsdiqləyib və Ermənistanın iddialarını əsassız hesab edib. Bu o deməkdir ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq hüquq normalarına uyğun aparılıb. Vardanyan terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və dövlət sərhədini qanunsuz keçmə kimi ağır cinayətlərdə ittiham olunur və bu ittihamlar sübuta yetirilib”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Ermənistan və bəzi beynəlxalq lobbi qrupları tərəfindən aparılan "Vardanyan siyasi məhbusdur" kampaniyası iflasa uğradı:


"Əgər onun həbsinin siyasi motivlər daşıdığı təsdiqlənsəydi, BMT mütləq buna işarə edərdi. Amma rəsmi sənəddə açıq şəkildə göstərilir ki, məhkəmə prosesi ədalətli aparılıb və onun hüquqları tam şəkildə təmin edilib. Bu qərar Azərbaycanın məhkəmə və hüquq sisteminin beynəlxalq səviyyədə qəbul edildiyini sübut edir. Bəzən beynəlxalq təşkilatlar müəyyən siyasi maraqlara xidmət edən yanaşmalar sərgiləyirlər. Lakin bu halda Azərbaycan tərəfinin təqdim etdiyi hüquqi əsaslar üstün gəldi. Ruben Vardanyan işinə dair beynəlxalq səviyyədə heç bir hüquq pozuntusu qeydə alınmadı və bu, Azərbaycan üçün mühüm bir diplomatik və hüquqi ugurdur.

Ə.Nuriyev qeyd edib ki, mühüm məsələ bundan sonra Ruben Vardanyanın hüquqi perspektivləridir:

"Onun azadlığa çıxması üçün müəyyən siyasi və beynəlxalq təzyiqlər gözlənilə bilər, amma hüquqi cəhətdən bu cəhdlər real nəticə verməyəcək. Çünki ittihamlar sırf hüquqi əsaslara söykənir və siyasi müdaxilə yolu ilə hüquq sisteminə təsir göstərmək çətindir. Son olaraq, bu qərar bir daha göstərdi ki, beynəlxalq hüquqi sistemlər siyasi manipulyasiyalara qarşı həssasdır və yalnız hüquqi əsasları nəzərə alır. Azərbaycan tərəfinin bu prosesdə qətiyyəti ölkəmizin beynəlxalq hüquq sistemində güclü tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu qərar, həm də Azərbaycana qarşı aparılan beynəlxalq kampaniyaların hüquqi cəhətdən əsassız və zəif olduğunu sübut edir və gələcəkdə bu cür iddiaların irəli sürülməsini çətinləşdirir. Beləliklə, Vardanyanın beynəlxalq siyasi arenada hüquqi məsuliyyətdən yayınması mümkün görünmür. Azərbaycan bu işdə hüquq və ədalət prinsiplərinə əsaslanaraq beynəlxalq hüquq normalarına tam uyğun şəkildə hərəkət edib və bu prosesin hüquqi nəticələri qaçılmaz olacaq”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri