Quranda adı çəkilən yeganə ədviyyat Zəncəfilin faydaları | Icma.az
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır.
Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik.Mən, demək olar, bütün bitki tərkibli qarışımlarda, məcunlarda zəncəfildən istifadə edirəm.
Zəncəfilin faydalarını yazandan sonra onun daha geniş işlədilməsi üçün istifadə qaydalarını da yazacağam.News24.az zəncəfilin faydalarını təqdim edir:Zəncəfil mədə-bağırsağın hərəkətini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarında ağrıkəsici təsir edir.Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.Zəncəfil cinsi zəiflikdə faydalı olmaqla yanaşı, həm də spermada cinsi hüceyrələrin miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırılaraq məcun halında istifadə edilir.Zəncəfil bədəni, əl və ayaqları soyuq olanlar üçün əsl şəfadır.
Zəncəfil orqanizmdə qan dövranını sürətləndirdiyi üçün bütün iltihabi xəstəliklərin müalicəsində, xüsusən də revmatizm zamanı çox faydalıdır.
Bundan əlavə beynə gedən qanın miqdarını artırır, skleroz, Alsheymer kimi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır, hafizəni və əzbərləmə qabiliyyətini dərinləşdirir.
Zəncəfil, həmçinin yaddaşsızlıq və diqqətsizliyi aradan qaldırmağa kömək edir.Bronxit xəstələrində bəlğəmin tərkibini durulaşdırır.
Zəncəfil təbii ağrıkəsici və tərlədici olduğundan soyuqdəymələr və boğazgəlməsi zamanı faydalıdır.Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə oluna bilər.Yaxşı olar ki, zəncəfili özünüz alıb üyüdəsiniz və ağzı bağlı qabda saxlayasınız.
Bu həm tozun ətrini qoruyur, həm də təmiz olmasına şübhə qalmır.Zəncəfilli çayın hazırlanma qaydası:1/3 çay qaşığı zəncəfil tozu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan qəbul olunur.
Tam oxu
Xəbəri oxu