Icma.az
close
up
RU
Quranda adı çəkilən yeganə ədviyyat Zəncəfilin faydaları

Quranda adı çəkilən yeganə ədviyyat Zəncəfilin faydaları

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik.

Mən, demək olar, bütün bitki tərkibli qarışımlarda, məcunlarda zəncəfildən istifadə edirəm. Zəncəfilin faydalarını yazandan sonra onun daha geniş işlədilməsi üçün istifadə qaydalarını da yazacağam.

News24.az zəncəfilin faydalarını təqdim edir:

Zəncəfil mədə-bağırsağın hərəkətini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarında ağrıkəsici təsir edir.

Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.

Zəncəfil cinsi zəiflikdə faydalı olmaqla yanaşı, həm də spermada cinsi hüceyrələrin miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırılaraq məcun halında istifadə edilir.

Zəncəfil bədəni, əl və ayaqları soyuq olanlar üçün əsl şəfadır. Zəncəfil orqanizmdə qan dövranını sürətləndirdiyi üçün bütün iltihabi xəstəliklərin müalicəsində, xüsusən də revmatizm zamanı çox faydalıdır. Bundan əlavə beynə gedən qanın miqdarını artırır, skleroz, Alsheymer kimi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır, hafizəni və əzbərləmə qabiliyyətini dərinləşdirir. Zəncəfil, həmçinin yaddaşsızlıq və diqqətsizliyi aradan qaldırmağa kömək edir.

Bronxit xəstələrində bəlğəmin tərkibini durulaşdırır. Zəncəfil təbii ağrıkəsici və tərlədici olduğundan soyuqdəymələr və boğazgəlməsi zamanı faydalıdır.

Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə oluna bilər.

Yaxşı olar ki, zəncəfili özünüz alıb üyüdəsiniz və ağzı bağlı qabda saxlayasınız. Bu həm tozun ətrini qoruyur, həm də təmiz olmasına şübhə qalmır.

Zəncəfilli çayın hazırlanma qaydası:

1/3 çay qaşığı zəncəfil tozu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan qəbul olunur. Bu çay, həmçinin piylərin əriməsinə və arıqlamağa da səbəb olur və yaxud barmaq böyüklükdə təzə zəncəfilin qabıqları soyulur, adi qəpik ölçüsündə doğranılır, 3 stəkan suda dəmlənilir. Zövqə görə bal da qata bilərsiniz. Mənim ən çox sevdiyim çaylardan biridir.

Zəncəfilli məcunun hazırlanma qaydası:

50 qram zəncəfil tozu 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.

Sağlamlıq üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi və 1/3 çay qaşığı zəncəfil bir-birinə qarışdırılır və 1 stəkan çiy suda həll edilir, səhər və axşam yatmazdan əvvəl içilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Dekabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri