Qurani Kərimi yandıran siyasətçini deportasiya ediblər

16.05.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Danimarkadakı ifrat sağçı Hard Line partiyasının lideri Rasmus Paludan İtaliyadan deportasiya edilib.
Reyting.az
xəbər verir ki, son illər dəfələrlə Qurani-Kərimi yandırmaqla gündəmə gələn 43 yaşlı danimarkalı siyasətçi Rasmus Paludan Milanın şimalında Avropa ifrat sağçı qruplarının planlaşdırdığı “Köçürmə Sammiti” üçün gəldiyi Malpensa hava limanında dayandırılıb.
İtaliya polisi ictimai asayiş və vətəndaşların təhlükəsizliyi səbəbiylə Paludanı deportasiya edib.
Hava limanına nəzarət edən Varese Əyalət Polis İdarəsi xəbəri təsdiqləyib.
Bu arada sağ ifratçıların miqrasiya sammiti keçirəcəyi otel rezervasiyasını ləğv edib və sammitin harada keçiriləcəyi hələ bəlli deyil.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью