Qurani Kərimi yandıran siyasətçini deportasiya ediblər
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Danimarkadakı ifrat sağçı Hard Line partiyasının lideri Rasmus Paludan İtaliyadan deportasiya edilib.
Reyting.az xəbər verir ki, son illər dəfələrlə Qurani-Kərimi yandırmaqla gündəmə gələn 43 yaşlı danimarkalı siyasətçi Rasmus Paludan Milanın şimalında Avropa ifrat sağçı qruplarının planlaşdırdığı “Köçürmə Sammiti” üçün gəldiyi Malpensa hava limanında dayandırılıb.
İtaliya polisi ictimai asayiş və vətəndaşların təhlükəsizliyi səbəbiylə Paludanı deportasiya edib.
Hava limanına nəzarət edən Varese Əyalət Polis İdarəsi xəbəri təsdiqləyib.
Bu arada sağ ifratçıların miqrasiya sammiti keçirəcəyi otel rezervasiyasını ləğv edib və sammitin harada keçiriləcəyi hələ bəlli deyil.
E. KAMAL

İsveçdə Qurani Kərimi yandıran güllələnərək öldürüldü
30 Yanvar 2025 12:56
“Qurani Kərimi təhqir edən şəxs öldürülüb”
30 Yanvar 2025 12:53
Qurani Kərimi təhqir edən iraqlı mühacir güllələndi KONKRET
30 Yanvar 2025 14:08
Siyavuş Kərimi işdən çıxarıldı
27 Noyabr 2024 15:28
“Qurani Kərim”i yandıran təxribatçını canlı yayında öldürdülər VİDEO
30 Yanvar 2025 14:35

